Şrift:
İyunda 7 gün ardıcıl tətil olacaq - İş və istirahət günlərinin yerləri dəyişdirildi
25.05.2023 [12:43] - Gündəm, Bildiriş
Gələn ay üçün iki iş və qeyri-iş günlərinin yerləri dəyişdirilib.

Bu barədə Baş nazir Əli Əsədov qərar imzalayıb.

Qərara əsasən, iş və istirahət günlərinin ardıcıllığını təmin etmək məqsədilə 2023-cü ilin 27 və 30 iyun iş günləri ilə müvafiq olaraq 24 və 25 iyun istirahət günlərinin yerləri dəyişdirilib.

Qeyd edək ki, 26 iyun Azərbaycan Respublikasının Silahlı Qüvvələr Günüdür. Bu gün hər il rəsmi dövlət bayramı kimi qeyd edilir və qeyri-iş günü sayılır.

İyunun 28, 29-u isə Qurban bayramı qeyd ediləcək.
Bu xəbər oxucular tərəfindən 2128 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed