Şrift:
Şoyqu: NATO Şərqi və Mərkəzi Avropaya öz qruplaşmalarını yerləşdirmək üçün Ukraynadan istifadə edir
25.05.2023 [12:54] - Gündəm, Siyasət
NATO Şərqi və Mərkəzi Avropaya öz qruplaşmalarını yerləşdirmək üçün Ukrayna böhranından bəhanə kimi istifadə edir.

Bunu Rusiyanın müdafiə naziri ordu generalı Sergey Şoyqu bu gün Minskdə KTMT-yə üzv ölkələrin Müdafiə Nazirləri Şurasının iclasında deyib.
Şoyqunun sözlərinə görə, Qərb ölkələri Ukrayna hakimiyyətini döyüş meydanında taktiki uğurlar nümayiş etdirməyə məcbur edir, ölkəni silahla doldurur ki, bu da öz növbəsində hərbi münaqişənin dərinləşməsinə gətirib çıxarır və onu uzadır.

Nazir həmçinin Əfqanıstandakı vəziyyətə də toxunub. “ABŞ regionda sabitliyi pozmaq üçün Əfqanıstandakı qeyri-qanuni silahlı birləşmələrdən istifadə etmək niyyətindədir”, - rusiyalı nazir əlavə edib.
Bu xəbər oxucular tərəfindən 839 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed