Şrift:
“Arsenal” İtaliya klubundan hücumçu alır
25.05.2023 [12:55] - Gündəm, İdman
"Arsenal” yay transfer dövründə hücumçu ilə güclənməyə qərar verib.

Apasport.az saytının məlumatına görə, İngiltərə klubu Antonio Sanabriyanı heyətinə qatmaq fikrindədir.
“Torino”nun 27 yaşlı hücumçusunun keçidi ilə bağlı danışıqlar başlayıb. Transferin 21,5 milyon funt strlinqə gerçəkləşəcəyi gözlənilir.

Sanabriya cari mövsümdə 34 dəfə meydana çıxıb. 12 qol vuran hücumçu 3 məhsuldar ötürmə verib.

Qeyd edək ki, paraqvaylı forvard üçün İtaliyanın iddialı klubları da mübarizə aparır. “Milan” və “Napoli” onu heyətinə qatmaq istəyir.
Bu xəbər oxucular tərəfindən 1713 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed