Şrift:
Azərbaycan beynəlxalq rəqəmsal teatr festivalında təmsil olunacaq
30.05.2023 [13:19] - Gündəm, Mədəniyyət
İyunun 1-də “ONLiFE iDEA Fest” beynəlxalq rəqəmsal festivalında F.M.Dostoyevskinin eyniadlı povestinin motivləri əsasında hazırlanan “Utancaq qız” tamaşası nümayiş etdiriləcək. Tamaşanı Azərbaycanın Əməkdar artisti Şövqi Hüseynov təqdim edəcək.

Festivalda Azərbaycan, Gürcüstan, Moldova, Özbəkistan, Rusiya, eləcə də Kiprdən olan aktyorların iştirakı ilə ümumilikdə 7 tamaşa göstəriləcək. Formatın xüsusiyyətlərindən biri odur ki, dəvət olunmuş teatr tənqidçiləri ilə tamaşa başa çatandan sonra müzakirələr aparılır. Tamaşaçılar rejissora sual vermək, həm də xüsusi yaradılan çatda tamaşa barədə təəssüratlarını bölüşmək imkanına malikdirlər.

Təşkilatçıların sözlərinə görə, “Utancaq qız” tamaşaçı çox çətin vəziyyətdə öz həyatını, keçmişini, ruhunu yenidən cəmləşdirməyə cəhd edən insanın açıq etirafıdır. Baş qəhrəmanın monoloqunda bizim üçün açılan ağrı-acı və tənhalıq mənzərəsindən yalnız bir çıxış yolu var: sevgi...

Yeni tamaşanın yayımını və ötən nümayişləri bu saytdan izləmək olar: https://onlifeideafest.com/
Bu xəbər oxucular tərəfindən 5236 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed