Şrift:
Azərbaycan nefti ucuzlaşıb
31.05.2023 [13:45] - Gündəm, İqtisadiyyat
Mayın 30-da İtaliyanın Auqusta limanında CIF bazisi üzrə Azərbaycanın “Azeri Light” markalı neftinin bir barelinin qiyməti 2,71 dollar ucuzlaşaraq 76,27 dollar olub.

Bu barədə ölkənin neft-qaz bazarındakı mənbəyə istinadən xəbər veririk.

Türkiyənin Ceyhan limanında FOB bazisi üzrə “Azeri Light” markalı neftin bir barelinin qiyməti 2,04 dollar ucuzlaşaraq 74,49 dollar olub.

Azərbaycanın Rusiyanın Qara dənizdəki Novorossiysk limanından Bakı-Novorossiysk boru kəməri ilə satdığı URALS markalı neftin bir barelinin qiyməti əvvəlki göstəricidən 2,66 dollar ucuzlaşaraq 49,52 dollar olub.

Şimal dənizindən hasil edilən "Brent Dated" etalon növlü neftin bir barelinin qiyməti mayın 30-da 2,46 dollar ucuzlaşaraq 73,98 dollar olub.
Bu xəbər oxucular tərəfindən 1342 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed