Şrift:
Türkiyənin "Süper Şimşek" PUA-sının uçuş tarixi açıqlanıb
23.06.2023 [10:58] - Türk dünyası-Turan
Türkiyənin Türk Uçak Sanayi Anonim Ortaklığı (TUSAŞ) tərəfindən yaradılan "Süper Şimşek" Pilotsuz Uçuş Aparatı 2023-cü ilin sentyabr ayında ilk uçuşunu həyata keçirəcək.

Bu barədə TUSAŞ-ın PUA baş mühəndisi Özgür Sayın jurnalistlərə açıqlamasında deyib.

Məlumat üçün bildirək ki, "Süper Şimşek" AKSUNGUR PUA-sı ilə birlikdə "Paris Air Show" sərgisində nümayiş etdirilib.
Qeyd edək ki, Türkiyənin Türk Uçak Sanayi Anonim Ortaklığı (TUSAŞ) tərəfindən yaradılan "Süper Şimşek" Pilotsuz Uçuş Aparatı hava hücumundan müdafiə sistemlərinin inkişafı üçün hazırlanıb və və müvafiq personalın təlimlərində istifadə ediləcək.

Bundan əlavə, “Süper Şimşek” öz gücü daxilində radioelektron mübarizə sistemləri ilə təchiz olunmaqla havadan yerə, havadan havaya hücum missiyalarını yerinə yetirə, qurudakı düşmən sistemlərini aşkar edə, onları məhv edə biləcək.
Bu xəbər oxucular tərəfindən 1571 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed