Şrift:
Dövlət Neft Fondu 2022-ci il üzrə hesabatını təqdim edib
25.06.2023 [10:06] - Gündəm, İqtisadiyyat
Azərbaycan Respublikası Dövlət Neft Fondunun (ARDNF) 2022-ci il üzrə fəaliyyətini, “Praysvoterhauskupers Audit Azərbaycan” şirkəti tərəfindən maliyyə fəaliyyətinin auditinin nəticələrini özündə əks etdirən illik hesabatı hazırlanıb.

ARDNF-nin 2022-ci il üzrə illik hesabatında Fondun idarəetmə və şəffaflıq prinsipləri, insan kapitalına töhfəsi, ARDNF-nin ölkə iqtisadiyyatındakı rolu, 2022-ci il büdcəsinin icrası, habelə, investisiya strategiyasının mahiyyəti, investisiya portfelinin ümumi vəziyyəti və gəlirliliyi, Fondun beynəlxalq əməkdaşlıqları barədə məlumatlar, risklərin idarə edilməsi çərçivəsi, eləcə də Suveren Fondlar üçün Ümumi Qayda və Prinsiplərin (Santyaqo Prinsiplərinin) icrası üzrə qiymətləndirmə və ARDNF-nin konsolidasiya edilmiş maliyyə hesabatları öz əksini tapıb.

ARDNF-nin 2022-ci il üzrə illik hesabatı: https://oilfund.az/report-and-statistics/get-download-file/7_2022_tam.pdf
Bu xəbər oxucular tərəfindən 1075 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed