Şrift:
İşsizlər dövlətdən necə və nə qədər pul ala bilər?
04.07.2023 [09:54] - Gündəm, Sosial
İşi və qazancı olmayan, işə başlamağa hazır olub, Dövlət Məşğulluq İdarəsi, onun yerli orqanlarında iş axtaran kimi qeydiyyata alınan, əmək qabiliyyətli yaşda olan əmək qabiliyyətli şəxslərə işsiz statusu verilir. Bu şəxslər müvafiq icra hakimiyyəti orqanlarında işaxtaran kimi qeydiyyata alınaraq müəyyən şərtlər daxilində işsizliyə görə müavinət ala bilərlər. Bəs bu şərtlər nələrdir? Hüquqşünas Şamil Paşayev bildirir ki, işsizlik müavinəti almaq üçün vətəndaşlar yaşadığı ərazi üzrə Məşğulluq İdarəsinə və ya DOST mərkəzlərinə müraciət edə bilərlər. Şamil Paşayev onu da qeyd edir ki, işsizlikdən sığorta ödənişi almaq hüququ yaranan işsiz şəxslərin himayəsində 18 yaşa çatmamış uşaq olduqda və əmək münasibətlərinə dövlət orqanının, yaxud hüquqi şəxsin ləğv edilməsi, işçilərin sayı, ya ştatların ixtisar edilməsi əsasları ilə xitam verilən şəxslər sığorta ödənişinə əlavəni hər uşağa görə 5 faiz, lakin 20 faizdən çox olmamaq şərtilə almaq hüququna malikdirlər.
Bu xəbər oxucular tərəfindən 3417 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed