Şrift:
Ərdoğan bu gün Baydenlə görüşəcək
11.07.2023 [10:01] - Gündəm, Türk dünyası-Turan
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bu gün ABŞ-li həmkarı Co Baydenlə görüşəcək.

Görüş Litvada keçiriləcək NATO Sammiti çərçivəsində baş tutacaq.

Görüşün Bakı vaxtı ilə saat 19:00-da başlayacağı bildirilir.

Türkiyə və ABŞ liderləri Ukraynadakı müharibəni, İsveçin Şimali Atlantika Alyansına üzvlüyü və Türkiyəyə F-16 təyyarələrinin tədarükü ilə bağlı məsələlərini müzakirə edəcəklər.
Bu xəbər oxucular tərəfindən 2286 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed