Şrift:
Türkiyə Prezidenti: Rusiyanın anlaşmaya sadiq qalaraq sülhməramlılarını 2025-ci ildə Qarabağdan çıxaracağına inanıram
13.07.2023 [09:43] - Xəbərlər, Gündəm, Türk dünyası-Turan
Bildiyiniz kimi, razılığa görə, Rusiya sülhməramlıları 2025-ci ilə qədər müəyyən olunan yerlərdə qalmalıdır. 2025-ci ildə isə bu yerləri tərk edəcəkdir, anlaşma bu cür olub.

Bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Vilnüsdə NATO liderlərinin sammitindən sonra keçirilən mətbuat konfransında Qarabağda Rusiya sülhməramlılarının qalma müddətinin bitməsi ilə bağlı sualı cavablandırarkən deyib.

“Mən də Rusiyanın bu anlaşmaya sadiq qalacağına inanıram. Hörmətli qardaşım İlham Əliyev də bu məsələni yaxından izləyir”, - deyə Ərdoğan əlavə edib.
Bu xəbər oxucular tərəfindən 2335 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed