Şrift:
Azərbaycanlı rejissorun filmi İstanbulda nümayiş olunacaq
13.07.2023 [09:52] - Mədəniyyət
stanbulda 15 Temmuz Dərnəyi və Türkiyənin Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə “On5sıfır7 Film Həftəsi”nin açılışı olub.

Açılış mərasimində çıxış edən 15 Temmuz Dərnəyi sözçüsü Zekeriyya Erdem 2015-ci il iyulun 15-də Türkiyə dövlətinə qarşı çevrilişin millətin dirənişi ilə baş tutmadığını və bu mövzunun həm ədəbiyyatda, həm kinoda çeşidli yönlərdən işıqlandırılmasının vacibliyini bildirib.

O deyib: “İşğal cəhdinin qarşısının alınması zamanı baş verənlər hər hansı sosial, siyasi qurumun təşkil etmədiyi, təbii olaraq yaranan sivil bir dirəniş dastanıydı ki, biz bu dastanı mütləq sənətə köçürərək gələcək nəsillərimizə ötürməliyik”
Qarabağ müharibəsindən bəhs edən “Yarımçıq xatirələr” filmi ilə “On5sıfır7 Film Həftəsi”ndə ölkəmizi təmsil edən kinorejissor Elxan Cəfərov Türk Dövlətlər Birliyi çərçivəsində türk kinosunun Türk dövlətlərində daha möhkəm bağlar qurmasının vacibliyindən danış. Bildirib ki, tarix qədər zəngin olan türk coğrafiyasında keçmişdən günümüzə gəlib çatan mirası gələcəyə daşımanın ən gözəl yollarından biri kinodur və sənət aləmi üzərinə düşən missiyanı uğurla gerçəkləşdirmək üçün dövrünün bütün fürsətlərindən yararlanmalıdır.

Qeyd edək ki, film həftəsində Azərbaycan ekran əsəri olan “Yarımçıq xatirələr”lə yanaşı, Qırğızıstan rejissoru Sadık Şir-Niyaz Kurnamcanın “Datka”, Güney Azərbaycandan olan rejissor Hüseyin Lalehin “Təbriz işğalından xatirələr” və s. filmlər nümayiş olunacaq.
Bu xəbər oxucular tərəfindən 5275 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed