Şrift:
Bakıda hava şəraiti ilə əlaqədar bəzi yollarda sürət həddi azaldılıb
17.07.2023 [10:08] - Gündəm, Bildiriş
Hazırda Bakıda müşahidə edilən yağışlı hava şəraiti ilə əlaqədar bəzi yollarda zolaqlar üzrə sürət həddi 20 km/saat azaldılıb.

Bu barədə Daxili İşlər Nazirliyinin Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən (NİİM) məlumat verilib.

“Bununla bağlı məlumat sürət tablolarında dəyişiklik edilib. Belə ki, Zığ dairəsi-Hava limanı və Heydər Əliyev prospekti-Mərdəkan-Bilgəh yolunda bütün zolaqlar üzrə hərəkət sürəti aşağı salınıb. Sürücülərdən müəyyən olunan sürət həddinə əməl etmələri xahiş edilir”, - məlumatda qeyd olunub.
Bu xəbər oxucular tərəfindən 2379 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed