Şrift:
Ombudsman Aparatının əməkdaşları DİN-in Mütəşəkkil Cinayətkarlığa qarşı Mübarizə Baş İdarəsində İsmayıllı hadisələri üzrə həbs edilmiş 12 nəfərə baş çəkiblər
01.02.2013 [14:04] - Gündəm, Sosial, Hüquq
“Bu şəxslər saxlanma şəraitindən və onlara qarşı rəftardan şikayət etməyiblər”, deyə Ombudsman Aparatının mətbuat xidmətinin məlumatında bildirilir.

10 nəfər barəsində CM-in 186.2.1 (əmlakı qəsdən məhvetmə və ziyan vurma, zərərçəkmişə böyük ziyan vurulduqda), 233 (ictimai asayişin pozuntusunun təşkili) və 315.2-ci (hakimiyyət nümayəndəsinə qarşı müqavimət və ya zorakılıq göstərilməsi) maddələri üzrə cinayət işi başlanıb. Qeyd edək ki, ötən il Quba hadisələri iştirakçılarına da bu maddələrlə ititham irəli sürülmüşdü.

Daha iki nəfər – “Çıraq” otelinin inzibatçısı və daha bir nəfər isə xuliqanlıqda ittiham edilir. Təqsirləndirilən şəxslərin hər biri dövlət hesabına vəkillə təmin edilib, bu barədə 23-24 yanvar iğtişaşları zamanı İsmayıllıda olmayan ombudsman işçiləri məruzə edir.

Öz növbəsində, İşgəncələr Əleyhinə Komitənin sədri Elçin Behbudov və onun köməkçisi Elçin Şirinov da MCMBİ təcridxanasına baş çəkiblər. Elçin Behbudovun Turan-a verdiyi məlumata görə, o, “Çıraq” otelinin inzibatçısı Emin Şəmdinov və Bakı sakini Elməddin Məmmədov da daxil olmaqla, 12 məhbusla görüşüb.

Birinci təqsirini etiraf edərək, hadisə zamanı sərxoş olduğunu bildirib. Elməddin Məmmədova gəlincə, o, özünü təqsirli bilmir. O, Şəmdinova hücum olduğunu görərək, onun köməyinə gəlib.

Behbudov İsmayıllı sakinləri ilə də söhbəti edib. “Biz onların bədənlərinə baxdıq, amma döyülmə izləri görmədik. Onlar saxlanma şəraitindən və onlara qarşı rəftardan şikayət etməyiblər”, deyə hüquq müdafiəçisi bildirib.
Bu xəbər oxucular tərəfindən 1054 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed