Şrift:
Bu gündən parklanma ilə bağlı yeni qaydalar qüvvəyə mindi
25.07.2023 [11:09] - Gündəm, Hüquq
Bu gündən parklanma ilə bağlı yeni qaydalar qüvvəyə minib.
Nazirlər Kabinetinin "Nəqliyyat vasitələrinin parklanmasına görə ödənişin məbləği" barədə qərarı artıq qüvvədədir.

Xatrıladaq ki, bununla bağlı Baş nazir Əli Əsədov iyunun 25-də qərar imzalayıb.

Qeyd edək ki, qərar dövlət avtomobil yollarında təşkil edilmiş parklanma yerlərinə şamil edilir.

"Nəqliyyat vasitələrinin parklanmasına görə ödənişin məbləği" yalnız dövlətə məxsus parkinqlərdə qüvvədə olacaq. Avtomobillərin parklanmasına görə maliyyə dövriyyəsinin şəffaflaşdırılması, rəqəmsallaşmanın və istifadə rahatlığının təmin edilməsi məqsədilə ödənişlərin yalnız nağdsız qaydada həyata keçirilməsi nəzərdə tutulur.
Bu xəbər oxucular tərəfindən 8567 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed