Şrift:
MİQ üzrə müsabiqənin vakansiya seçimi mərhələsinə başlanılır
26.07.2023 [10:57] - Gündəm, Bildiriş
Bu gün bütün fənlər üzrə müəllimlərin işə qəbulu müsabiqəsinin vakansiya seçimi mərhələsinə başlanılır.

Təhsil İnstitutunun İnsan Resursları Mərkəzindən bildirilib ki, bütün fənlər üzrə 40 və daha yüksək bal toplamış namizədlər iyulun 31-i saat 11:00-dək şəxsi səhifələrinə daxil olaraq vakansiya seçimi edə biləcəklər.

Qeyd edək ki, namizəd seçdiyi vakant yerə yerləşdikdən sonra həmin yerdən imtina etdiyi halda müsabiqənin növbəti vakansiya seçimlərində iştirakı təmin olunmayacaq.
Bu xəbər oxucular tərəfindən 2537 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed