Şrift:
Gürcüstanın azərbaycanlılar yaşayan kəndlərində içməli su problemi yaranıb
02.02.2013 [10:26] - Gündəm, Borçalı
Zalqa rayonunun azərbaycanlıların kompakt yaşadığı kəndlərdə içməli su problemi yaranıb. Əhali su gətirmək üçün 4-5 km yol qət edir.Bu barədə Ərcivan-Sarvan kənd sakini ziyalı Ziyad Bayramlı məlumat verib. Onun sözlərinə görə, keçən il onların kəndinə gələn su borusunu kəsərək qonşu Bareti kəndinə birləşdiriblər: “Biz də içməli suyu kəndə gedib gətirmək məcburiyyətində qalmışıq. Lakin yerli sakinlər bizə imkan vermir, bəzən təhqirlərə məruz qalırıq. Kəndimizdə 200 ev var və kəndimizin sosial problemləri başdan aşır, baxan yoxdur. Dəfələrlə keçmiş hakimiyyətə bu barədə məlumat verilib, lakin kəndə yol çəkdirmək üçün ayrılan vəsait bəzi rəhbərlər tərəfindən mənimsənilib. Rayonda azərbaycanlıların yaşadığı digər kəndlərdə sosial vəziyyət daha acınacaqlıdır. Qızılhacılı, Gödəkli, Tecis kəndlərinə gedən yol bərbad vəziyyətindədir, içməli su bu kəndlərdə də yoxdur. Azərbaycanlıların əkin torpaqları ilə təmin edilməsi də sual altındadır. Bizim dərdimizə əncam çəkən yoxdur. Kriminogen vəziyyət getdikcə ağırlaşır”.

Hələlik Zalqa rayonuna icra hakimiyyəti rəhbəri təyin edilməyib. Artıq ikinci dəfədir ki, rayona rəhbər təyin olunması tələbi ilə aksiya keçirilir.
Bu xəbər oxucular tərəfindən 673 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed