Şrift:
Baydenlə Trampın ilk debatının tarixi açıqlanıb
16.05.2024 [10:37] - Siyasət
ABŞ Prezidenti Co Baydenlə Respublikaçılar partiyasından prezidentliyə real namizəd Donald Tramp arasında ilk üzbəüz debatın yeri və tarixi açıqlanıb.

CNN iyunun 27-də yerli vaxtla saat 21:00-da Atlanta şəhərində yerləşən binasında debata ev sahibliyi edəcəyini bildirib. Debat telekanal vasitəsilə canlı yayımlanacaq.

Qeyd edək ki, bu gün Co Bayden sosial media vasitəsilə müraciətində sabiq prezident Donald Trampı debata çağırıb, Tramp isə cavabında hazır olduğunu və bunu istədiyini bildirib.

Məlahət Nəcəfova
Bu xəbər oxucular tərəfindən 346 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed