Şrift:
Türkiyə "ağıllı" sualtı mina yaradıb
26.07.2023 [11:06] - Türk dünyası-Turan
Türkiyə uzun mənzilli dünyanın ilk "ağıllı" sualtı minasını (UCA) yaradıb.

Həmin mina yeni F-16 qırıcıları və "Akıncı" və "Aksungur" PUA-lar tərəfindən yüksək hündürlükdən atıla bilir ki, bu da onu qısa və orta mənzilli hava hücumundan müdafiə sistemləri üçün əlçatmaz edir.

Onun təqdimatı İstanbulda keçiriləcək beynəlxalq müdafiə sənayesi sərgisində baş tutacaq.

“Ağıllı” sualtı mina Türkiyənin Maşınqayırma və Kimya Sənayesi Şirkəti, "KOC Defense" şirkəti və Türkiyə Müdafiə Sənayesi Araşdırma İnstitutunun tərkibində olan Texnologiya Araşdırmalar Şurasının daxil olduğu konsorsium tərəfindən yaradılıb.
Bu xəbər oxucular tərəfindən 2069 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed