Şrift:
İtaliya parlamenti Qolodomoru Ukrayna xalqının soyqırımı kimi tanıyıb
27.07.2023 [11:02] - Gündəm
İtaliya Senatı 1932-1933-cü illərdə baş vermiş Qolodomoru Ukrayna xalqının soyqırımı kimi tanıyıb.

Parlamentin qərarında deyilir: “Ukrayna xalqına qarşı Qolodomor və Sovet cinayətlərinin yad edilməsi bu gün Rusiyanın işğalı və Ukraynanın milli kimliyini silmək üçün yeni cəhd fonunda daha da böyük əhəmiyyət kəsb edir”.

Qeyd edək ki, bu günə qədər Qolodomoru dünyanın otuzadək ölkəsinin parlamentləri, eləcə də Avropa Parlamenti Ukrayna xalqının soyqırımı kimi tanıyıb.
Bu xəbər oxucular tərəfindən 508 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed