Şrift:
Ərdoğan Ceyhun Bayramovla görüşəcək
31.07.2023 [11:07] - Xəbərlər, Gündəm, Türk dünyası-Turan
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bu gün Azərbaycan xarici işlər naziri Ceyhun Bayramovla görüşəcək.

Trend xəbər verir ki, bu barədə Türkiyə KİV-i məlumat yayıb.

Qeyd edilib ki, görüş Türkiyə Prezidentinin iqamətgahında baş tutacaq.

Xatırladaq ki, bu gün Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov Türkiyə Respublikasına rəsmi səfərə yola düşüb. Səfər çərçivəsində nazir Ceyhun Bayramovun Türkiyə Respublikasının xarici işlər naziri Hakan Fidan və digər yüksək vəzifəli rəsmi şəxslərlə görüşlərinin keçirilməsi nəzərdə tutulur.
Bu xəbər oxucular tərəfindən 2068 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed