Şrift:
Azərbaycan XİN Pakistanda baş verən terror aktını pisləyib
31.07.2023 [11:14] - Siyasət
Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) Pakistanda baş verən terror aktını pisləyib.

Bu barədə Nazirlik öz "Twitter" səhifəsində yazıb.

“Biz Bajaurda siyasi konqresdə törədilən terror aktını şiddətlə qınayırıq. Biz 40 nəfərin ölümü, yüzdən çox insanın yaralanması ilə nəticələnən bu terror aktına qarşı qardaş Pakistanın yanındayıq.

Hökumətə, həlak olanlara və onların ailələrinə başsağlığı veririk” – bəyanatda deyilir
Bu xəbər oxucular tərəfindən 785 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed