Şrift:
"Barbi" filmindən növbəti rekord nəticə
31.07.2023 [11:23] - Gündəm
Nümayişlərdən gələn rekord gəlirlə ilk pillələrdə qərarlaşan “Barbi” filmi soundtreki ilə də musiqi hit-paradlarını alt-üst edib.

Ekran əsərinin 3 musiqisi İngiltərənin musiqi hit-paradlarında ilk beşlikdə qərarlaşıb.

Filmin İngiltərədə nümayişindən cəmi bir həftə sonra hər üç sinql gözlənilməz uğurlu nəticələr əldə edib. Mütəxəssislərin fikrincə, ekran əsərinin musiqisinin də filmlə eyni anda rekorda imza atması kino industriyasında ilk hadisələrdəndir.

Qeyd edək ki, kütləvi nümayişə bu günlərdə buraxılan “Barbi” filmi dünya üzrə 750 milyon dollardan çox gəlir əldə edib. Yaxın günlərdə gəlirlərin daha da artacağı proqnozlaşdırılır.
Bu xəbər oxucular tərəfindən 409 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed