Şrift:
Donald Tramp Vaşinqton məhkəməsində dinləmələrə hazırlaşır
03.08.2023 [11:36] - Siyasət
ABŞ-ın sabiq dövlət başçısı Donald Tramp 2020-ci ildə ölkədə keçirilən prezident seçkilərinin nəticələrinin ləğvinə cəhd ittihamı üzrə Vaşinqton məhkəməsində dinləmələrə hazırlaşır.

Donald Trampın dinləmələrə videoəlaqə ilə qatılmaq imkanı olmasına baxmayaraq, məhkəmə binası xaricində təhlükəsizlik tədbirləri gücləndirilib.

Ağ evin sabiq başçısına qarşı dörd maddə üzrə ittiham irəli sürülüb. ABŞ tarixində ilk dəfə olaraq sabiq prezident yalan məlumat yaymaqda ittiham edilir. Daha iki ittiham isə məxfi fayllarla səhv davranış və işgüzar qeydlərin saxtalaşdırılması ilə bağlıdır. Eyni zamanda, Corciya prokurorluğu 2020-ci il seçkilərinin nəticələrinin ləğvinə cəhdlə bağlı daha bir ittiham üzrə dördüncü cinayət işi aça bilər.

Hazırda Donald Tramp Respublikaçılar partiyasından prezidentliyə namizədlik uğrunda mübarizə aparır. Sonuncu sosioloji rəy sorğularının nəticələrinə görə, onun və ABŞ-ın hazırkı Prezidenti Cozef Baydenin dəstək reytinqi eynidir – hər ikisi 43 faiz.
Bu xəbər oxucular tərəfindən 1519 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed