Şrift:
Moskvanın üç hava limanında reyslər təxirə salındı
03.08.2023 [11:42] - Gündəm, Bildiriş
Rusiyanın paytaxtı Moskvada üç hava limanında 30 reys təxirə salınıb.

Domodedovo hava limanında 10 təyyarənin uçuşu təxirə salınıb. Vnukovo hava limanında üç reys təxirə salınıb, 11 reys ləğv olunub. Şeremetyevo hava limanında isə altı reys təxirə salınıb.

Jukovski hava limanı ilə bağlı hələlik heç bir məlumat yoxdur
Paytaxtın hava limanlarında təyyarələrin uçuş vaxtının kütləvi şəkildə dəyişdirilməsinin səbəbi barədə məlumat verilmir.
Bu xəbər oxucular tərəfindən 2873 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed