Şrift:
Fərəc Quliyev:Problemi yaradan da, onun bitməsni istəməyən də Rusiyadır
10.08.2023 [10:59] - Xəbərlər, Gündəm, Siyasət, Özəl xəbər, Fərəc Quliyev
“Rusiya çalışacaq ki, sülhün olmaması üçün separatçılardan və Ermənistandakı revanşist qüvvələrdən istifadə etsin”.

Bu sözləri Rusiyanın Ermənistan-Azərbaycan arasında sürətli sülhün olmasını istəməməsini bəyan etməsi və rəsmi Bakının atacağı addımları şərh edən Milli Dirçəliş Hərəkatı Partiyasının (MDHP) sədri Fərəc Quliyev Yenicag.az-a açıqlamasında deyib.

Fərəc Quliyev bildirib ki, problemi yaradan da, onun bitməsni istəməyən də Rusiyadır:


“Hər şey ortadadır. Rusiya sülh məsələsində tamamilə qeyri-səmimidir. Problemi yaradan da, onun bitməsni istəməyən də Rusiyadır. Biz bunları deyəndə bəziləri niyə dövlətlər arası münasibətləri pozursunuz, niyə görə Rusiyanı ittiham edirsiniz iradları tuturdu.

Rusiya bəyan etdi ki, bizə sürətli sülh lazım deyil, bizə keyfiyyətli bir sülh lazımdır. Keyfiyyətli sülh o deməkdir ki, Rusiya bundan faydalanmalıdır. Ən pis halda özlərinin ağa kimi təqdim edilməsi və pozulması mümkün olan müqavilənin bağlanmasıdır. Sülhün davamlı olması üçün tərəflərin razılaşması lazımdır. Rusiya bunu istəmir.

Rusiya həm sülhü istəmir, həm də sülhməramlıların regionda qalmasında maraqlıdır. Bu isə təhlükədir. Rusiya çalışacaq ki, sülhün olmaması üçün separatçılardan və Ermənistandakı revanşist qüvvələrdən istifadə etsin”.

Səxavət Məmməd/yenicag.az
Bu xəbər oxucular tərəfindən 1396 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed