Şrift:
Hikmət Hacıyev Azərbaycan əleyhinə qərəzli hüquqi hesabatın müəllifinin qeyri-qanuni fəaliyyətini ifşa edib
10.08.2023 [11:16] - Gündəm, Siyasət
Azərbaycan Prezidentinin köməkçisi – Prezident Administrasiyasının xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Azərbaycan əleyhinə qərəzli hüquqi hesabatın müəllifi olan vəkil Luis Moreno Okamponun qeyri-qanuni fəaliyyətini ifşa edib.
Bununla bağlı Hikmət Hacıyev "X" sosial şəbəkəsindəki səhifəsində paylaşım edib.

H.Hacıyev qeyd edir ki, Beynəlxalq Cinayət Məhkəməsində baş prokuror vəzifəsində çalışarkən dünyanın ən bədnam vergi sığınacaqlarında yerləşən şirkətləri idarə edib.

"İrəvanda Okamponu Ermənistanın eks-prezidenti, Xocalı soyqırımını törədən hərbi cinayətkar, səhra komandiri Serj Sarkisyanın özü qarşılayıb. "European Investigative Collaborations" şəbəkəsi Moreno Okamponun Liviyada hərbi cinayətkarları dəstəkləməkdə şübhəli bilinən müştərisinin olduğunu bildirirdi.

Bu cür qaranlıq keçmişə malik olan şəxs öz qərəzli hesabatında Beynəlxalq Ədalət Məhkəməsinin qərarlarını və Laçın yolunun fəaliyyəti ilə bağlı real vəziyyəti bilərəkdən təhrif edir, ciddi səhvlərə yol verir. Sadəcə "Şərhsiz"!", - deyə H.Hacıyev bildirib.

H.Hacıyevin istinad etdiyi "MediaPart"ın məqaləsinə əsasən, Luis Moreno Okampo onun ofşor maliyyə fəaliyyəti ilə bağlı suala cavabında Beynəlxalq Cinayət Məhkəməsindəki maaşının onun üçün "kifayət olmadığını" bildirib.

"15 avqust 2012-ci ildə, Luis Moreno Okampo Haaqadakı Beynəlxalq Cinayət Məhkəməsinin baş prokuroru vəzifəsindən istefa verdikdən cəmi iki ay sonra onun Niderlanddakı "Abn Amro" bank hesabına 50 min dollar məbləğində vəsait köçürülüb.

Baş prokurorun örnək ola bilməsinin əsas səbəbi isə Beynəlxalq Cinayət Məhkəməsinin dünyanın ən qəddar kütləvi qətllər törədənləri təqib etməsidir. Bunlar istər insanlığa qarşı cinayət, istərsə də soyqırım törətməkdə şübhəli bilinən yüksək rütbəli kişilər və qadınlar, dövlət başçıları, hərbi rəhbərlər, casuslar və başqalarıdır", - deyə məqalədə bildirilir
Bu xəbər oxucular tərəfindən 1383 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed