Şrift:
Ermənistan bölgədə “blokada” və “humanitar böhran” kimi iddialar yaymaqla sülh prosesinə maneçilik törədir - Ceyhun Bayramov
10.08.2023 [11:20] - Siyasət
Ermənistan bölgədə qəsdən vəziyyəti gərginləşdirir, müxtəlif bəhanələrlə, habelə bölgədə “blokada” və “humanitar böhran” kimi iddialar yaymaqla sülh prosesinə maneçilik törədib.

Bunu Azərbaycan XİN rəhbəri Ceyhun Bayramov ABŞ dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisi vəzifəsini icra edən Yuri Kim ilə telefon danışığı zamanı deyib.

C.Bayramov Ermənistanın Azərbaycanın ərazi bütövlüyü və suverenliyinə qarşı davam edən iddialarının, Azərbaycan ərazilərindən hələ də tam olaraq erməni silahlı qüvvələrini çıxarmaqdan imtina etməsinin və ölkəmizin daxili işlərinə qarışmasının qəbuledilməz olduğunu vurğulayıb.

Nazir Ermənistanın Azərbaycanın öz suveren ərazilərində yaratdığı Laçın sərhəd buraxılış məntəqəsinə qarşı təxribatları davam etdirdiyi, buna baxmayaraq ölkəmizin erməni sakinlərin hər iki istiqamətdə keçidi üçün şərait yaratdığını xatırladıb.

Nazir Ceyhun Bayramov qeyd edib ki, Azərbaycan tərəfindən yüklərin daşınması üçün Ağdam-Xankəndi və digər alternativ yolların təklif olunmasına baxmayaraq, erməni tərəfinin yüklərin daşınması üçün yollarda maneələr yaratmasının və bu yollarla yüklərin daşınmasına qarşı çıxmasının “blokada” və “humanitar vəziyyət” barədə iddiaların siyasi manipulyasiya olduğunu bir daha sübut edib.
Bu xəbər oxucular tərəfindən 1492 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed