Şrift:
Fərəc Quliyev:Xarici təşkilatlar istəyirlər ki, Azərbaycan məhz onların orbitində olsun
06.09.2023 [08:56] - Xəbərlər, Gündəm, Özəl xəbər, Fərəc Quliyev
Beynəlxalq media, əsasən də Qərb mətbuatı Azərbaycana qarşı qərəzli mövzu sərgiləyir. Hətta Azadlıq Radiosu prezident ailəsini hədəf alan məqalələr dərc etməyə başlayıb. Bundan öncə isə Gündüz Ağayevin karikaturasını dərc etmişdi.

BBC daha fəaldır. Separatçılara birtərəfli dəstək verir. Qarabağ münaqişəsi başlayan gündən Qərb siyasətçiləri, mediası, beynəlxalq təşkilatlar Azərbaycana qarşı qərəzli mövqe tutub.

Globalinfo.az-a danışan Milli Dirçəliş Hərəkatı Partiyasının sədri, sabiq deputat Fərəc Quliyev ilk olaraq Gündüz Ağayevin paylaşdığı karikaturaya münasibət bildirib:

“Bilirsiniz ki, biz Azərbaycan vətəndaşı olan ermənilər üçün ərzaq yardımı göndərmişdik. Azadlıq Radiosunun əməkdaşları isə bununla bağlı bir “karikatura” çəkmişdi. Ermənilər bunu əleyhimizə istifadə etdilər. Öz əlimizlə bizə iki qat zərbə vururlar. Biri var, bunu düşmən etsin, biri də var, öz vətəndaşımız edir, digərləri də xəbəri elə “özümüz”ə istinad edirlər. Düşmən nəsə yazanda bilirik ki, bu, düşməndir və ağlına gələni yazır, amma sənin özününki yazanda deyirlər ki, filan sözü özləri deyiblər”.


Deputat deyib ki, özünü “müstəqil” elan etmiş Azadlıq Radiosı, BBC və ya müxtəlif beynəlxalq təşkilatların heç biri müstəqil deyillər:

“Bunlar hamısı beynəlxalq dairələrin alətləridir və bu gün həmin alətlərin əli ilə Azərbaycana qarşı çirkli siyasət aparırlar. Türk dünyasını bölmək istəyənlər bu gün birlikdədirlər. Təəssüflər olsun ki, azərbaycanlıları Azadlıq Radiosu və BBC-nin əli ilə vurmağa çalışırlar və bunu müəyyən qədər bacarırlar”.

F.Quliyevin sözlərinə görə, xarici təşkilatlar istəyirlər ki, Azərbaycan məhz onların orbitində olsun:

“Ona görə də, əminliklə deyirəm ki, onlara müstəqil fiqur yox, alət lazımdır. Bu gün ermənilərə verilən dəstəyin də kökündə bu dayanır. O da erməni sevgisinə görə deyil, Türk düşmənliyindən irəli gəlir”.

Zaira Akifqızı/Globalinfo.az
Bu xəbər oxucular tərəfindən 661 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed