Şrift:
Rəcəb Tayyib Ərdoğan İlon Maskı Türkiyədə Tesla zavodu açmağa çağırıb
18.09.2023 [11:09] - Gündəm, Türk dünyası-Turan
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Nyu-Yorkda Tesla kompaniyasının sahibi İlon Maskla görüşüb.

Prezident Rəcəb Tayyib Ərdoğan Tesla və SpaceX şirkətlərinin qurucusu İlon Maskı Nyu-Yorkdakı Türk Evində qəbul edib.

Görüş zamanı Prezident sahibkarı Tesla elektromobili istehsal edən yeddinci zavodu Türkiyədə açmağa çağırıb. Türkiyə lideri Ankaranın kosmik proqramı çərçivəsində ölkəsinin SpaceX ilə əməkdaşlığının potensial inkişafını vurğulayıb və İlon Maskı sentyabrın sonunda İzmir şəhərində keçiriləcək texnologiya sərgisində iştiraka dəvət edib.

Rəcəb Tayyib Ərdoğanın İlon Maskı Türkiyənin rəqəmsallaşma konsepsiyası və süni intellekt sahəsində milli strategiya haqqında məlumatlandırdığı da bildirilir.

Bu, Türkiyə Prezidenti ilə amerikalı sahibkar arasında ilk görüş deyil. Ötən ilin sonlarında onlar Qətərdə dünya çempionatının final matçı zamanı da görüşmüşdülər.
Bu xəbər oxucular tərəfindən 830 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed