Şrift:
UEFA prezidenti: Rusiya Avropa futboluna yalnız Ukrayna müharibəsi bitəndən sonra qayıdacaq
18.09.2023 [11:12] - Gündəm, İdman
Rusiya milli komandaları və klubları Avropa Futbol Assosiasiyaları İttifaqının (UEFA) himayəsi altında keçirilən yarışlara yalnız Ukraynada müharibə başa çatdıqdan sonra buraxılacaq.

Bunu UEFA prezidenti Aleksander Çeferin Serbiyanın “Sportklub” telekanalına açıqlamasında deyib. “Rusiya futbola yalnız Ukraynadakı hadisələr bitəndən sonra qayıdacaq”, - deyə o bildirib.

UEFA-nın rəhbəri “Qazprom”la əməkdaşlığın dayandırmasının səbəbini da izah edərək deyib: “Bu, sadəcə olaraq, bir növ rəmzi akt kimi edilməli idi. Yüz milyonlarla insanın izlədiyi matçlar zamanı bu şirkəti reklam etmək çətindir. Çox təəssüf edirəm, amma bunu etməli olduq. Bu mövzuda daha çox şikayət edənlər həmin şirkətdən qaz alanlardır”.

Xatırladaq ki, Beynəlxalq Futbol Federasiyası və UEFA Ukrayna müharibəsi ilə əlaqədar 2022-ci il fevral 28-dən Rusiya klublarının və milli komandalarının beynəlxalq yarışlarda iştirakını dayandırıb. Elə həmin gün UEFA “Qazprom”la sponsorluq müqaviləsinə xitam verdiyini açıqlayıb.
Bu xəbər oxucular tərəfindən 701 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed