Şrift:
“Qarabağ”- “Molde” oyununun hakimləri açıqlanıb
19.09.2023 [10:43] - Gündəm, İdman
UEFA Avropa Liqasında mübarizə aparan “Qarabağ”ın turnirin qrup mərhələsində Norveçin "Mölde” klubuna qarşı keçirəcəyi ev oyununu idarə edəcək hakimlər açıqlanıb.

Qarşılaşmanı Şotlandiyadan olan hakimlər briqadası idarə edəcək.

Baş hakim John Beatona Daniel McFarlane, Douglas Potter yardım edəcəklər.

Dördüncü hakim funksiyasını isə Matthyu MacDermid yerinə yetirəcək.

Qeyd edək ki, sentyabrın 21-də Tofiq Bəhramov adına Respublika Stadionunda baş tutacaq görüş saat 20:45-də başlayacaq.
Bu xəbər oxucular tərəfindən 106 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed