Şrift:
Türkiyə Prezidenti Ərdoğan Nyu-Yorkda Qlobal Sıfır Tullantı Bəyannaməsini imzalayıb
19.09.2023 [10:49] - Gündəm, Türk dünyası-Turan
Nyu-Yorkda keçirilən Birləşmiş Millətlər Təşkilatının (BMT) 78-ci Baş Assambleyası çərçivəsində Türkiyənin birinci xanımı Əminə Ərdoğanın rəhbərliyi ilə Türk Evində “Qlobal Sıfır Tullantıya Doğru” tədbiri çərçivəsində imza mərasimi keçirilib.

Prezident Rəcəb Tayyib Ərdoğan Qlobal Sıfır Tullantı Hərəkatında fərdi iştirakın təmin edilməsi məqsədilə imza üçün onlayn formatda açılan “Qlobal Sıfır Tullantı Xoşməramlı Bəyannaməsi”ni imzalayan ilk şəxs olaraq sıfır tullantı könüllüsü olub.

Prezident Ərdoğan həyat yoldaşı Əminə Ərdoğanla birlikdə hazırladığı reklam lövhəsini də imzalayıb.
Bu xəbər oxucular tərəfindən 847 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed