Şrift:
İcma: Kanadadan Azərbaycanın daxili işlərinə qarışmamağı tələb edirik
21.09.2023 [10:37] - Qərbi Azərbaycan-İrəvan
Qərbi Azərbaycan İcması Kanadanın xarici işlər nazirinin növbəti anti-Azərbaycan açıqlaması ilə əlaqədar dərin hiddətini ifadə edir.

İcmadadan verilən xəbərə görə, “Öz müqəddəratını təyin etmə” prinsipindən danışan Kanada diplomatiyası faktiki olaraq özünü gülünc vəziyyətə qoyub.

Bu günlərdə okeanın o tayından tələm-tələsik Avropa İttifaqının Ermənistandakı missiyasına heyət göndərən, yaxın zamanlarda Ermənistanda səfirlik açmağı planlaşdıran Kanada görəsən həqiqətən də bilmir ki, heç Ermənistanın özü 2020-ci il Vətən müharibəsindən sonra “öz müqəddəratını təyin etmə” prinsipinə toxunmur.

Amma əgər Kanada “öz müqəddəratını təyin etmə” prinsipinə bu qədər dəyər verirsə, onda ilk öncə özündən başlaya və müstəqillik hissinin çox yüksək olduğu əyalətinə müstəqillik verə bilər.

Kanadadan Azərbaycana qarşı açıqlamalara son qoymağı və ölkəmizin daxili işlərinə qarışmamağı tələb edirik.
Bu xəbər oxucular tərəfindən 4018 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed