Şrift:
AÇG və “Şahdəniz”dən indiyədək 621 mln. tondan çox neft ixrac olunub
22.09.2023 [10:50] - Gündəm, İqtisadiyyat
Azərbaycanda neft hasilatının 63%-ni təşkil edən Azəri-Çıraq-Günəşli və əmtəəlik qazın, təxminən, 70%-nin hasil olunduğu “Şahdəniz” yataqlarından indiyə kimi 623 mln. ton neft və kondensat hasil edilib.

Bunu “Neftçilər Günü” peşə bayramı münasibətilə keçirilmiş tədbirdə energetika naziri Pərviz Şahbazov bildirib.
Onun sözlərinə görə, hesabat dövründə AÇG-dən 580 mln. ton neft, “Çahdəniz”dən isə 43 mln. ton qaz kondensatı hasil edilib.

Qeyd edilib ki, hesabat dövründə qeyd olunana yataqlardan hasil edilən 621 mln. ton neft-kondensat ixrac olunur.

Bundan başqa nazir bu xüsusda, AÇG-nin 2050-ci ilədək işlənilməsi ilə bağlı tərəfdaşlarımızla ortaq mövqeyin nəinki ölkəmizdə neft hasilatında, həmçinin tədarük çatışmazlığının yaşandığı enerji bazarlarında sabitlik üçün də önəmli olduğunu vurğulayıb.
Bu xəbər oxucular tərəfindən 342 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed