Şrift:
Türk Dövlətləri Təşkilatı Anım Günü ilə əlaqədar paylaşım edib
27.09.2023 [09:58] - Gündəm, Türk dünyası-Turan
Türk Dövlətləri Təşkilatı (TDT) 27 Sentyabr - Anım Günü ilə əlaqədar paylaşım edib.
Paylaşımda deyilir:

“Azərbaycan Respublikasının torpaqlarının bütövlüyü üçün canlarını fəda edən şəhidləri 27 Sentyabr - Anım Günü səbəbilə vətənlərinə tərəddüdsüz bir sədaqətlə xidmət edən bütün şəhid və qazilərə ən dərin ehtiramımızı və qəlbdən şükranlarımızı bildiririk”.

Qeyd edək ki, sentyabrın 27-də başlayan 44 gün davam edən və Azərbaycanın Ermənistan üzərində parlaq qələbəsi ilə nəticələnən Vətən Müharibəsinin başlanmasının ildönümüdür.

Vətən Müharibəsində qəhrəmancasına döyüşən Azərbaycan Bayrağını işğaldan azad edilən torpaqlarımızda dalğalandıran, ölkəmizin ərazi bütövlüyü yolunda canlarını fəda edən əsgər və zabitlərimizə, bütün şəhidlərimizə dərin ehtiram əlaməti olaraq 27 sentyabr Respublikamızda Anım Günü kimi qeyd olunur.
Bu xəbər oxucular tərəfindən 883 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed