Şrift:
UNESCO 42 yeni obyekti Dünya İrs Siyahısına daxil edib
27.09.2023 [10:01] - Gündəm
UNESCO Ümumdünya İrs Komitəsinin genişləndirilmiş 45-ci sessiyasında UNESCO-nun Ümumdünya İrs Siyahısına 42 yeni ərazi daxil edilib, artıq siyahıda olan 5 ərazi isə genişləndirilib.
Səudiyyə Ərəbistanı Krallığının Ər-Riyad şəhərində 21 ölkənin nümayəndələrindən ibarətdir UNESCO-nun Dünya İrs Komitəsi Ümumdünya İrs Siyahısına daxil ediləcək əraziləri araşdırmaq və təhlükədə olan Ümumdünya İrs Siyahısındakı abidələrin konservasiya vəziyyətini yoxlamaq üçün toplaşmışdı.

UNESCO-nun Ümumdünya İrs Komitəsinin genişləndirilmiş 45-ci sessiyasında Ümumdünya İrs Siyahısına 33 mədəni və 9 təbii olmaqla ümumilikdə 42 yeni irs obyekti daxil edilib. Qeydə alınan irs nümunələrindən 15-i Avropada, 12-si Asiyada, 6-sı Afrikada, 6-sı Şimali və Cənubi Amerikada, 3-ü isə Yaxın Şərqdə yerləşir.
Qeyd edək ki, 45-ci sessiyasında Azərbaycanın “Hirkan meşələri” və “Xınalıq və Köç yolu mədəni landşaftı” da artıq Ümumdünya İrs Siyahısına daxil olunub.
Bu xəbər oxucular tərəfindən 215 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed