Şrift:
Azərbaycan Qarabağ ermənilərinə humanitar yardımın çatdırılması üçün vacib addımlar atıb - Ərdoğan
27.09.2023 [10:04] - Türk dünyası-Turan
Azərbaycan hökuməti Qarabağ ermənilərinə humanitar yardımın çatdırılması üçün vacib addımlar atıb.

Bu barədə Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Nazirlər Kabinetinin iclasından sonra çıxışında deyib.

Türkiyə dövlət başçısı qeyd edib ki, illər boyu münaqişənin həll olunmamasından istifadən edən bəzi dövlətlərin iddiaları tamamilə cəfəngiyyat və böhtandan ibarətdir.
"Biz Ermənistanın kənardan və diasporadan gələn bu cür təxribatlara inanmamasını gözləyirik. Erməni xalqının firavanlığı, sülhü və rifahı qonşularla vuruşmaqdan deyil, sülh və əməkdaşlıqdan asılıdır. Türkiyə bölgədə davamlı sülhün təmin olunması üçün üzərinə düşəni etməkdən çəkinməyib və bundan sonra da tərəddüd etməyəcək", - deyə Türkiyə prezidenti qeyd edib.

R.T.Ərdoğan Zəngəzur dəhlizini ən qısa zamanda həyata keçirəcəklərini, dost və qardaş Azərbaycanla avtomobil və dəmir yolu əlaqəsini Naxçıvan üzərindən fasiləsiz edəcəklərini bildirib.
Bu xəbər oxucular tərəfindən 929 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed