Şrift:
Türkiyənin ən güclü mühərriki TEKNOFEST-də nümayiş etdiriləcək
27.09.2023 [10:07] - Türk dünyası-Turan
Türkiyənin ən güclü mühərriki TEKNOFEST-də nümayiş etdiriləcək.

Türkiyənin TUSAŞ Mühərrik Sənayesi tərəfindən hazırlanan TEI-TF6000 turbofan mühərriki Türkiyənin ilk və yeganə aviasiya, kosmos və texnologiya festivalı olan TEKNOFEST-in İzmir mərhələsində nümayiş etdiriləcək.

Türkiyənin aviasiya macərasına ilkləri gətirən qaz turbinli və pistonlu mühərriklər 27 sentyabr-1 oktyabr tarixləri arasında İzmir Çiğli Hava Limanında Türkiyə Texnologiya Komandası Vəqfinin (T3) və Türkiyənin Sənaye və Texnologiya Nazirliyi liderliyində keçiriləcək festivalda texnologiyasevərlərə təqdim ediləcək.

Eyni mühərrik 27-30 sentyabr tarixləri arasında Əskişəhər Ticarət Palatası-TÜYAP Sərgi və Konqres Mərkəzində keçiriləcək 3-cü Əskişəhər Sənaye Sərgisində nümayiş olunacaq.
Bu xəbər oxucular tərəfindən 870 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed