Şrift:
“Mançester Siti” bu mövsüm ilk dəfə məğlub olub
28.09.2023 [10:05] - İdman
“Mançester Siti” klubu bu mövsüm ilk dəfə məğlubiyyət acısı yaşayıb.

İngiltərə Liqa Kubokunda “Nyukasl”la üz-üzə gələn “Şəhərlilər” meydanı məğlub tərk ediblər. Matç 1:0 hesabı ilə meydan sahiblərinin xeyrinə başa çatıb. Oyunda yeganə qolu İsak vurub.

Beləliklə, bu mövsüm bütün turnirlərdə keçirdiyi ümumilikdə 6 oyunda qələbə qazanan Quardiolanın yetirmələri ilk məğlubiyyətlərini alıblar.
Bu xəbər oxucular tərəfindən 746 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed