Şrift:
MM sədri İrlandiya Parlamentinin Nümayəndələr Palatasının sədri ilə görüşüb
28.09.2023 [10:17] - Siyasət
İrlandiyada işgüzar səfərdə olan Milli Məclisin sədri Sahibə Qafarova İrlandiya Respublikası Parlamentinin Nümayəndələr Palatasının sədri Şon Oferghail ilə görüşüb.

Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən verilən xəbərə görə, MM sədrini salamlayan İrlandiya Parlamenti Nümayəndələr Palatasının sədri Azərbaycan parlamentinin rəhbərinin İrlandiyaya ilk səfərindən məmnunluğunu ifadə edib. Nümayəndələr Palatasının sədri İrlandiya parlamentində Azərbaycanın Milli Məclisi ilə dostluq qrupunun yaradılması üzərində iş getdiyini diqqətə çatdırıb və bunun parlamentlərarası əlaqələrin daha da gücləndirilməsinə töhfə verəcəyinə inamını ifadə edib.
Bu xəbər oxucular tərəfindən 555 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed