Şrift:
"Qarabağ" "Sumqayıt"a qarşı - Premyer Liqa
29.09.2023 [10:07] - Gündəm, İdman
Bu gün futbol üzrə Azərbaycan Premyer Liqasında VIII tura start veriləcək.

Açılış oyununda "Qarabağ" evdə "Sumqayıt"la üz-üzə gələcək.

"Azersun Arena"dakı qarşılaşma saat 20:00-da başlayacaq. Görüşü FIFA referisi Əliyar Ağayev idarə edəcək.

Ağdam klubu 13 xalla üçüncü, "gənclik şəhəri" təmsilçisi 8 xalla yeddinci pillədə qərarlaşıb.

Azərbaycan Premyer Liqası

VIII tur

20:00. “Qarabağ” – “Sumqayıt”
Hakimlər: Əliyar Ağayev, Akif Əmirəli, Teymur Teymurov, Rövşən Rəcəbov
Hakim-inspektor: Ramil Diniyev
AFFA nümayəndəsi: Zümrüd Ağayeva
“Azersun Arena”

Qeyd edək ki, turun digər matçları 30 oktyabr və 1 noyabrda keçiriləcək.
Bu xəbər oxucular tərəfindən 783 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed