Şrift:
İstanbulda Türk Dövlətləri Təşkilatı çərçivəsində siyasi məsləhətləşmələr keçiriləcək
04.10.2023 [10:06] - Xəbərlər, Gündəm, Türk dünyası-Turan
Bu gün İstanbulda Türk Dövlətləri Təşkilatı (TDT) çərçivəsində xarici işlər nazirlərinin müavinləri səviyyəsində çoxtərəfli siyasi məsləhətləşmələr keçiriləcək.

Bu barədə Türkiyə Xarici İşlər Nazirliyi məlumat yayıb.

Məsləhətləşmələr zamanı Qazaxıstanın ev sahibliyi edəcəyi 10-cu TDT Sammitinə hazırlıq, TDT-nin gündəliyindəki əməkdaşlıq məsələləri, TDT-nin gücləndirilməsi ilə bağlı məsələlər, Türk Dünyası ilə bağlı aktual regional və beynəlxalq problemlər ətrafında fikir mübadiləsi aparılacaq.
Bu xəbər oxucular tərəfindən 873 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed