Şrift:
Türkiyə Azərbaycanın Qranada görüşündən imtina etməsini təqdir edir
05.10.2023 [10:06] - Türk dünyası-Turan
Türkiyə Azərbaycan Prezidenti İlham Əliyevin Qranada görüşündən imtina etməsini təqdir edir.

Bu barədə Türkiyənin Ədalət və İnkişaf Partiyasının (AK Partiya) sözçüsü Ömər Çelik mətbuat konfransı zamanı bildirib.

O qeyd edib ki, Avropa liderlərinin Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın beşli formatda (Ermənistan-Azərbaycan-Fransa-Almaniya-Avropa İttifaqı) görüşə qatılmasına etirazları qəbuledilməzdir:

"Avropa Qarabağın azad edilməsindən narahatdır. Məhz buna görə də onlar Türkiyə Prezidentinin Qranada görüşündə iştirak etməsini istəmir. Qafqazda həqiqətən sülh istəyənlər bu görüşdə ilk olaraq Rəcəb Tayyib Ərdoğanın iştirak etməsini istəmələdir. Amma onlar yenə tək tərəfli siyasətlərini davam etdirirlər. Beləliklə, cənab İlham Əliyevin görüşə getməməsi “bizim gündəmimiz sülhdür, sizin nəticə vəd etməyən siyasətinizi bir daha rədd edirəm” mənasını verir. Biz də ona təbriklərimizi çatdırırıq”.
Bu xəbər oxucular tərəfindən 1316 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed