Şrift:
Əfqanıstanda güclü zəlzələ baş verib
11.10.2023 [10:30] - Hadisə
Əfqanıstanın şimal-qərbində 6,4 bal gücündə zəlzələ qeydə alınıb.

Bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi məlumat yayıb.

Bildirilib ki, zəlzələnin episentri əhalisi 272 min olan Herat şəhərindən 31 km şimal-qərbdə yerləşib. Yeraltı təkanların ocağı 10 km dərinlikdə olub. Bundan başqa, Mərkəz, demək olar, eyni bölgədə 5 maqnitudalı afteşokun qeydə alındığını da açıqlayıb.

Tələfat və dağıntılar barədə hələlik məlumat verilməyib.

Xatırladaq ki, oktyabrın 7-də Herat yaxınlığındakı 6,3 bal gücündə zəlzələ nəticəsində 2 mindən çox adam ölüb, on minlərlə insan evsiz qalıb.
Bu xəbər oxucular tərəfindən 2516 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed