Şrift:
İsrail 1 milyondan çox fələstinlinin 24 saat ərzində Qəzzanın cənubuna təxliyə edilməsini tələb edib
13.10.2023 [10:33] - Siyasət
İsrail BMT-ni məlumatlandırıb ki, 1,1 milyon fələstinli 24 saat ərzində Qəzza zolağının cənubuna təxliyə edilməlidir.

Bu barədə təşkilatının baş katibinin nümayəndəsi Stefan Düjarrik məlumat verib.

"BMT hesab edir ki, belə bir yerdəyişmə dağıdıcı humanitar nəticələr olmadan baş verə bilməz", - bəyanatda vurğulanır.

Düjarrik qeyd edib ki, bu tələb “bütün BMT əməkdaşlarına, eləcə də BMT təsisatlarına, o cümlədən məktəblərə, sağlamlıq mərkəzlərinə və klinikalara sığınmış şəxslərə” aiddir.
Bu xəbər oxucular tərəfindən 398 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed