Şrift:
Gürcüstan prezidentinin impiçmenti yetərsay almayıb
13.10.2023 [10:34] - Gündəm, Siyasət
Gürcüstan prezidenti Salome Zurabişvilinin impiçmenti gündəlikdən çıxarılıb.

Bu barədə "Gürcü Arzusu - Demokratik Gürcüstan. Arzular" təşkilatının rəhbəri İrakli Kobaxidze IMEDI telekanalına müsahibəsində belə deyib.

“Yəqin ki, gələn həftə bizdə səsvermə olacaq (Zurabişvilinin impiçmenti ilə bağlı – Qeyd). Bu prosedurların necə getdiyini görəcəyik. Bilirsiniz ki, Salome Zurabişvili radikal müxalifətə ümid edərək konstitusiyanı pozub, ona görə də gələn həftə impiçment səsverməsi keçiriləndə 100 səs toplamaq praktiki olaraq mümkün deyil” - deyə, o bildirib.

Sentyabrın əvvəlində Zurabişvili Berlin, Brüssel və Parisə səfər edib və burada yüksək səviyyəli görüşlər keçirib.

Sonradan məlum oldu ki, Gürcüstan hökuməti səfərlə bağlı razılıq vermədiyi üçün hakim partiya prezidenti konstitusiyanı pozmaqda ittiham edib və impiçment proseduruna başlayıb.
Bu xəbər oxucular tərəfindən 402 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed