Şrift:
Milli Kitabxanada Dövlət Müstəqilliyinin Bərpası Gününə həsr olunmuş sərgi açılıb
18.10.2023 [10:08] - Mədəniyyət
Dövlət Müstəqilliyinin Bərpası Günü münasibətilə M.F.Axundzadə adına Azərbaycan Milli Kitabxanasının əməkdaşları tərəfindən “18 Oktyabr- Müstəqilliyin Bərpası Günü” adlı virtual və eyniadlı ənənəvi sərgi hazırlanıb.

Kitabxanadan bildirilib ki, virtual sərgidə fotolar, ölkəmizin müstəqillik tarixi, təhsil sistemi, inkişaf yolu, xarici siyasəti və s. ilə əlaqədar kitablar və dövri mətbuat səhifələrində dərc olunan məqalələr, ənənəvi sərgidə isə Milli Kitabxananın fondundan Müstəqilliyin Bərpası Günü ilə bağlı Azərbaycan və digər dillərdə olan kitablar nümayiş olunur.

Virtual sərgi ilə tanış olmaq istəyənlər http://anl.az/el/vsb/dovlet_musteqilliyinin_berpasi_gunu/index.htm linkindən istifadə edə bilər.

Ənənəvi sərgi 1 həftə davam edəcəkdir.
Bu xəbər oxucular tərəfindən 5259 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed