Şrift:
“Azərreyl” voleybol klubu avrokuboklara qələbə ilə başlayıb
18.10.2023 [10:13] - İdman
Azərbaycanı Çağırış Kubokunda təmsil edən qadın voleybolçulardan ibarət “Azərreyl” klubu ilk görüşünü keçirib.

Komanda 1/32 finalda Ukraynanın "Balta" kollektivi ilə qarşılaşıb.

Gənclər və İdman Nazirliyinin Voleybol Mərkəzində baş tutan qarşılaşmada "Azərreyl" rəqibini 3:0 (25:18, 25:18, 25:18) hesabı ilə məğlub edib.

Qeyd edək ki, komandalar arasında cavab qarşılaşması oktyabrın 18-də eyni məkanda keçiriləcək. Qarşılaşma saat 20:00-da başlayacaq.
Bu xəbər oxucular tərəfindən 816 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed