Şrift:
Türkiyə Qəzza sakinlərinə humanitar yardım göndərib
23.10.2023 [10:14] - Gündəm, Türk dünyası-Turan
Qəzza zolağının sakinləri üçün humanitar yardım çatdıran Türkiyə Prezident Administrasiyasının təyyarəsi Misirə uçub.

Bu barədə Türkiyə səhiyyə naziri Fəxrəddın Qoca "X" sosial şəbəkəsində bildirib.

Nazir bildirib ki, humanıtar yardıma Fələstin anklavının əhalisi üçün dərman və tibbi ləvazimatlar daxildir.

Onun sözlərinə görə, təyyarənin göyərtəsində 20 mütəxəssisdən ibarət həkim qrupu var.

Nazir əlavə edib ki, "Əl Ariş" hava limanında və "Rəfah" keçid məntəqəsində Türkiyə səhra xəstəxanalarının yaradılması üçün texniki-iqtisadi əsaslandırmanın aparılması da planlaşdırılır.
Bu xəbər oxucular tərəfindən 1191 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed