Şrift:
Azərbaycan - Türkiyə birgə təlimlərinin proqramı AÇIQLANDI
24.10.2023 [11:10] - Xəbərlər, Gündəm, Hərb
"Mustafa Kamal Atatürk -2023" birgə taktiki təlimi davam edir.

Bu gün keçirilən təlimdə təmas xəttində yerləşən mövqelərin şərti düşməndən azad olunması və birliklərin irəliləməsi üçün Azərbaycan və Türkiyə komando bölükləri tərəfindən birgə sızma fəaliyyətlərinin icra edilməsi, şərti düşmən PUA-sına radiomaneələr tətbiq edilərək onun döyüş tapşırığını (kəşfiyyatın aparılması) yerinə yetirməsinə imkan verilməməsi, Hərbi Hava Qüvvələrinin təyyarə və helikopterlərinin uçuşlarının təhlükəsizliyini təmin etmək məqsədilə şərti düşmənin HHM vasitələrinin fəaliyyətinə maneələr yaradılması əməliyyatları icra ediləcək.

Həmçinin, bölmələrimizin mütəşəkkil irəliləməsi təmin ediləcək, əldə olunmuş atəş üstünlüyü qorunub saxlanılacaq, Azərbaycan və Türkiyə hərbçilərindən təşkil olunmuş taktiki qrupların və xüsusi təyinatlı qrupların hərəkəti təmin olunacaq.

Təlimdə mühəndis bölmələri tərəfindən minalanmış sahələrdən keçidlərin açılmasından sonra birgə taktiki və xüsusi təyinatlı qruplar tərəfindən şərti düşmən mövqelərinə basqın edilərək onun mövqedə məhv edilməsi və ön xəttinin ələ keçirilməsi fəaliyyətləri, "BAYRAKTAR TB-2" vasitəsilə şərti düşmənin "İSGƏNDƏR" və "TOÇKA-U" taktiki raket komplekslərinin məhv edilməsi, bununla bərabər, şərti düşmən mövqelərinin piyada qüvvələr tərəfindən atəş və manevr üsulu ilə ələ keçirilməsi, piyada döyüş maşınlarından (PDM) desantın endirilməsi fəaliyyətinin icra olunması nəzərdə tutulub.

Həmçinin hər iki ölkənin xüsusi təyinatlı qruplarından ibarət hava desantının vəzifəli şəxsi ələ keçirmək üçün şərti düşmən arxasına endirilməsi fəaliyyəti icra olunacaq.

Təlim Türkiyə Cümhuriyyətinin 100 illiyinə həsr olunub.
Bu xəbər oxucular tərəfindən 2076 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed